Azərbaycan və Ermənistanın göstərdiyi səyləri və son vaxtlar əldə etdikləri irəliləyişi məmnuniyyətlə qarşılayırıq.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Yaşar Gülər Türkiyə Böyük Millət Məclisinin Plan və büdcə komissiyasında keçirilən büdcə müzakirələri zamanı deyib.
Bölgədə terrorla mübarizə, bu istiqamətdə həyata keçirilən işlər və əldə edilən nailiyyətlər barədə danışan nazir Azərbaycan-Ermənistan nizamlanması məsələsinə də toxunub:
"Bir daha vurğulamaq istəyirəm ki, Qafqazda sabitlik Azərbaycan və Ermənistan arasında imzalanacaq hərtərəfli sülh sazişi vasitəsilə əldə olunacaq. Bu istiqamətdə iki ölkənin göstərdiyi səyləri və son vaxtlar əldə etdikləri irəliləyişləri məmnuniyyətlə qarşılayırıq. Bundan sonra da "Bir millət, iki dövlət" anlayışı ilə daim can Azərbaycanın yanında olacağıq".
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
- AYNA taksilərlə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
- Azər Məmmədov Laçında vətəndaşlarla görüşdü
- Türkiyə İrana 48 ton humanitar yardım göndərdi
- XTQ-nin döyüş hazırlığı yoxlanıldı