Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8, 9 və 10-u bütün ASAN Xidmət və ASAN kommunal mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə BUTA.TV-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN Xidmət) məlumat verilib.
Belə ki, noyabrın 11-dən 14 noyabr tarixinədək vətəndaşlar Bakı şəhərində yerləşən 2 və 5 saylı ASAN Xidmət mərkəzləri istisna olmaqla digər mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.
Noyabrın 11, 12 və 13-ü hazır sənədlərini 2 saylı Bakı ASAN Xidmət mərkəzindən əldə etməli olan vətəndaşlar 6 saylı Bakı ASAN Xidmət mərkəzinə, 5 saylı Bakı ASAN xidmət mərkəzindən əldə etməli olan vətəndaşlar isə 7 saylı Bakı ASAN Xidmət mərkəzinə müraciət edə bilərlər.
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?
- Bakının mərkəzində yenilik tətbiq ediləcək - Video
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı