Ağsuda kişi yeznəsinə qayçı ilə xəsarət yetirib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, ötən gün saat 19 radələrində Ağsu şəhəri, H.Əliyev prospekti ev 33 ünvanında Qalib Əlirza oğlu Fərzalıyev və İlqar Durqardaş oğlu Şirinov arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Q.Fərzalıyev qoyunların yunlarının təmizlənməsi üçün istifadə olunan qayçı ilə yeznəsi İlqar Şirinova qəsdən bir dəfə zərbə vuraraq sonuncuya ağır bədən xəsarətləri yetirib.
Belə ki, Qalib Fərzalıyev şübhəli şəxs qismində tutulub.
Faktla bağlı cinayət işi başlanılıb.
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?
- Bakının mərkəzində yenilik tətbiq ediləcək - Video
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Video
- Yağış sularının kənarlaşdırılması işləri davam etdirilir - Video
- Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edildi
- Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı