BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçılarını gedəcəkləri ünvana çatdırmaq üçün 16 nəqliyyat qovşağı yaradılıb.
BUTA.TV xəbər verir ki, bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat departamentinin direktoru Orxan Mahmudlu COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
Onun sözlərinə görə, qovşaqlar hotellərin və iştirakçıların yerləşdirildiyi yaşayış komplekslərin olduğu sahələrdə yaradılacaq:
"Bu, əsasən Bakı və Abşeronu əhatə edir. Qovşaqlar vasitəsilə hava limanına və konfransın keçirildiyi məkana daşımalar həyata keçiriləcək".
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?
- Bakının mərkəzində yenilik tətbiq ediləcək - Video