"Tərtər işi" üzrə 2017-ci ildə həbs edilən üç hərbi qulluqçu Elşən Qasımov, Lətif Lətifov və Zamiq Əlimanov Ali Məhkəməyə müraciət edib.
BUTA.TV xəbər verir ki, hər üç hərbi qulluqçu barələrindəki hökmdən şikayət vermə müddətlərinin bərpa olunmasını istəyib.
Ali Məhkəmədə keçirilən prosesdə qərar olunub. Qərara əsasən, Elşən Qasımov və Lətif Lətifovun şikayəti təmin olunmayıb.
Zamiq Əlimanovun kassiya şikayəti vermə müddəti başa çatdığından onun şikayətinə baxılmayıb və Şirvan Apellyasiya Məhkəməsinə qaytarılıb.
Xatırladaq ki, hər üç hərbi qulluqçunun barələrindəki hökmdən şikayət vermə müddətinin bərpa edilməsi ilə bağlı müraciətlərinə bir müddət əvvəl Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Onların müraciəti məhkəmə tərəfindən təmin edilməyib.
Qeyd edək ki, hər üç hərbi qulluqçu 2017-ci il "Tərtər işi" üzrə tutulub. Müddətdən artıq hərbi qulluqçu olan Elşən Qasımov ömürlük, gizir Lətif Lətifov 20 il, leytenant Zamiq Əlimanov isə 18 il müddətinə azadlıqdan məhrum edilib.
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video
- Xəzərdə zəlzələ oldu
- ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?