Qadınlar kişilərdən daha çox yaşayır. Pensiya yaşı az olarsa, qadınlara ayrılan pulun miqdarı bir az da çox olacaq. Aidiyyəti qurumlar isə bu pulu qadınlara vermək istəmir.
BUTA.TV xəbər verir ki, bu sözləri Qaynarinfo-ya açıqlamasında iqtisadçı Əkrəm Həsənov qadınların pensiya yaşının azaldılmamasının səbəblərindən danışarkən deyib.
O, kişilərin qadınlardan az yaşadığını vurğulayıb:
“Dünya ölkələri ilə müqayisədə bu fərq Azərbaycanda daha böyükdür. Bəzən isə kişilər heç pensiya yaşlarına çatmırlar. Bu o deməkdir ki, Azərbaycanda kişilərin həyatı qadınlara nisbətdə daha ağırdır. Ailənin yükü, maddi-mənəvi nə varsa, hamısı kişilərin üzərindədir. Ayrıca kişilərdən tələblər çoxdur”.
Əkrəm Həsənov yaş məsələlərinə görə dünyada müxtəlif təcrübələrin olduğunu bildirib:
“Amma Avropa ölkələrində qadınlarla kişilər arasında yaş eynidir. Bu da gender bərabərliyi prinsipindən irəli gəlir. Niyə qadınların pensiya yaşı kişilərə nisbətdə az olmalıdır? Avropa bu təcrübə ilə gedir. Bəzi Şərq ölkələrin də pensiya yaşı qadınlarla kişilər arasında eynidir. Avropanın sivil ölkələrində pensiya yaşı 66-dır”.
Qeyd edək ki, bölgə ölkələri üzrə qadınlarla kişilərin pensiya yaşı ilə əlaqədar statistika açıqlanıb. Özbəkistan 60-55, İran 60-55, Türkiyə 60-58, Ukrayna 60-60, Türkmənistan 62-57, Tacikistan 63-58, Belarus 63-58, Qırğızıstan 63-58, Rusiya 63-58, Qazaxıstan 63-61, Moldova 63-61, Ermənistan 63-61, Gürcüstan 65-60, Azərbaycan 65-65.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video