İçərişəhərdə fəaliyyət göstərən "Burc Qala" restoranı külli miqdarda cərimə edilib.
BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən restoranda yoxlama keçirilib.
Yoxlama zamanı "Burc" Məhdud Məsuliyyətli Cəmiyətinə (MMC) məxsus "Burc Qala" adlı restoranında monitorinq aparılıb və müəyyən edilib ki, dəm qazı normadan artıqdır.
Restoran sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə "Burc" MMC-nin direktoru və qanuni təmsilçisi Rahil Qasımov 10500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, "Burc" MMC-nin ilk rəhbəri məşhur memar Babakişiyev Cəlal Rasim oğlu, daha sonra Heydərov Rauf Raqif oğlu olub.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video