28 oktyabr tarixindən etibarən Bakıda keçiriləcək COP29-da iştirak edəcək nümayəndələrin və digər qonaqların akkreditasiya kartlarının verilməsinə başlanılıb.
BUTA.TV xəbər verir ki, tədbir günlərində konfransda iştirakı təsdiqləyən sənədin təqdim olunması zamanı növbələrin və gözləmə vaxtının minimuma endirilməsi, eləcə də iştirakçıların rahatlığının təmin edilməsi məqsədilə akkreditasiya kartları hər gün səhər saat 09:00-dan axşam saat 18:00-a qədər konfrans məkanının əsas girişindəki qeydiyyat masalarından təhvil alına bilər.
İştirakçılardan COP29 konfransına qeydiyyatdan keçdiklərini təsdiqləyən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) rəsmi elektron məktubunun çap edilmiş nüsxəsini və qeydiyyat zamanı təqdim edilmiş fotoşəkilli şəxsiyyət sənədinin – pasportun və ya şəxsiyyət vəsiqəsinin əslini təqdim etmələri tələb olunur.
Təhlükəsizlik məqsədilə akkreditasiya kartı yalnız konfrans iştirakçısı tərəfindən şəxsən, qeydiyyat masasından təhvil alınmalıdır.
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video