Azərbaycan Respiblikasının Minatəmizləmə Agentliyinə (ANAMA) üç yeni minaaxtaran it təqdim olunub.
BUTA.TV xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun rəhbəri Rəhman Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, itlərin quruma təqdimatı mərasimində həmçinin mina təhlükəsi ilə bağlı maarifləndirmə də aparılacaq:
"Tədbirin məqsədi həm də işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üçün təhlükəsizliyin təmin edilməsi istiqamətində aparılan işlərin ictimaiyyətə təmin olunmasıdır. Böyük Qayıdışın təhlükəsizlik olmadan təmin edilməsi mümkün deyil. Ona görə də ANAMA-nın bu istiqamətdə həyata keçirdiyi minatəmizləmə əməliyyatlarına dəstək göstəriləcək".
R.Hacıyev bildirib ki, bu təşəbbüsün davamlı olacağına inanır:
"Ümid edirəm ki, ölkəmizdə fəaliyyət göstərən digər şirkətlər də bu prosesə qoşulacaqlar. ANAMA-ya daha çox minaaxtaran itlərin alınması və ümumilikdə maddi-texniki təminatın gücləndirilməsində dəstək vacib məsələdir".
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı
- Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü
- Masazırda iki qadın qətlə yetirildi
- Hərbçilərimiz Türkiyədə “terrorçular”ı zərərsizləşdirdi - Video
- Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi - Video