ÇAXAL Suriyada iranlı zabitləri qaçırmaq üçün gizli quru əməliyyatı həyata keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə Suriya televiziyası məlumat yayıb.
Məlumata görə, bir neçə gün öncə Suriyanın Masyaf rayonundakı elmi-araşdırma mərkəzinə hücum edilib. Bildirilib ki, mərkəz kimyəvi silahların hazırlanması ilə məşğul olur və orada xeyli sayda iranlı zabit var.
“Mərkəzə hava zərbələri endirdikdən sonra İsrail helikopterləri əraziyə daxil olub. Desantlar sürətli quru əməliyyatı nəticəsində 2-4 iranlı zabiti əsir götürərək naməlum istiqamətə aparıblar”, - məlumatda bildirilib.
Qeyd edilib ki, İsrail hərbçiləri Suriyada İran raketlərini hazırlayan həddən artıq məxfi obyektə də daxil ola biliblər. Hərbçilər avadanlıq və sənədləri çıxardıqdan sonra obyekti minalayıb.
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi