AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun qızları İngiltərədəki şirkətlərinin adında dəyişikliklər ediblər. Belə ki, 2017-ci ildən fəaliyyət göstərən GAZELLI INTERNATIONAL LIMITED şirkəti bundan sonra SOROKA LIMITED adı ilə fəaliyyətini davam etdirəcək.
BUTA.TV xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Onun sözlərinə görə, 2019-cu ildə SOROKA LIMITED adı ilə qeydiyyatdan keçmiş şirkət isə bundan sonra GAZELLI INTERNATIONAL LIMITED adı ilə fəaliyyətini davam etdirəcək:
"Dəyişikliklər ötən ayın 21-də təsdiq edilib. Əsgərovlar ailəsi bundan əvvəl də digər iki şirkətlə bağlı eyni rakirovkanı həyata keçiriblər. 2021-ci ilin yanvarından MRCR ART LIMITED şirkəti GAZELLI ART HOUSE LIMITED, GAZELLI ART HOUSE LIMITED şirkəti isə MRCR ART LIMITED adına dəyişdirilib".
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi
- Şahin Bağırov onları rəis təyin etdi
- Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto
- Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi