Partiyada olmağım çoxlarının xoşuna gəlmirdi.
BUTA.TV xəbər verir ki, bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavat Partiyasından istefa səbəbləri ilə bağlı Teleqraf.com-a açıqlamasında deyib.
“Bir dəfə Prezident İlham Əliyevi tərifləmişdim deyə məni topa tutmuşdular. İndi də o fikirdəyəm ki, Prezident İlham Əliyev çox güclü lider, gözəl başçıdır. Qarabağı azad edib. Müsavatdakı və digər müxalifət partiyalarındakı dostlarımın hamısı bir vaxt deyirdilər ki, Prezident İlham Əliyev Qarabağı alsın, gedib onun əlindən öpəcəyik. Qarabağı alsın, ömrünün sonuna kimi Prezident olsun deyənlər də vardı. Amma mən bu sözləri təkrar edəndə hücuma keçdilər, başladılar söyməyə. Fakt odur ki, bu sözü yanımda çox adam deyib. Adlarını açıqlamıram, özləri bu açıqlamamı oxuyanda biləcəklər”.
Hüquq müdafiəçisi bundan sonra heç bir siyasi təşkilata qoşulmayacağını bildirib:
“Özüm bir partiyayam. Mənə partiya lazım deyil. Bunu 30 ildir hamı görür. İstəsəm özüm nümunəvi bir partiya yaradaram”.
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi
- Şahin Bağırov onları rəis təyin etdi
- Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto
- Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi