5-11 sentyabr 2024-cü il tarixlərində Çin Xalq Respublikasının Harbin şəhərində Yanğın-xilasetmə idman növü üzrə XIX dünya çempionatı keçirilib.
BUTA.TV xəbər verir ki, yarışda ölkəmizi Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin komandası təmsil edib.
Çempionatda iştirak edən komandamız böyük uğura imza atıb.
Belə ki, döyüş açılışı üzrə əzmkar mübarizə aparan əməkdaşlarımız 30.78 saniyə ərzində qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirməklə 3-cü yerə layiq görülüb və bürünc medalların sahibi olub.
Komandamıza çempionatın kubok, medal və hədiyyələri təqdim edilib.
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi