“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan Azercell Telekom MMC yeni Wi-Fi cihazını təqdim edir.
BUTA.TV xəbər verir ki, xüsusi kampaniya çərçivəsində Wi-Fi modem alan hər kəsə Fakturasız xətt data nömrə və 55GB həcmində internet paketi (istifadə müddəti 30 gün) hədiyyə olunur. Yeni modemi 159 AZN-ə əldə etmək mümkündür.
64-ə qədər cihazın eyni anda yüksək sürətli internetə qoşulmasını təmin edən bu modem smartfon, kompüter, noutbuk, planşet, printer, televizor və s. bu kimi cihazları dəstəkləyir. Yeni 4G Wi-Fi modem ev və ofis ilə yanaşı, istirahət zamanı portativ internetə ehtiyacı olan istifadəçilər üçün də ideal bir həlldir. Belə ki, cihaz 90 metrlik radiusda stabil internetə qoşulma imkanı təqdim edir.
Kampaniyadan faydalanmaq istəyən abunəçilər ən yaxın Azercell satış məntəqəsinə müraciət edə bilərlər.
Ətraflı məlumat üçün veb-səhifəyə keçid etməyiniz xahiş olunur.
"Azercell"in yeni Wi-Fi kampaniyasına qoşularaq yüksək sürətli internet təcrübəsindən yararlanın!
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq