ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin ABŞ-ın hazırki vitse-prezidenti Kamala Harrisi dəstəkləməsi ilə bağlı ironik şərhindən incidiyini bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Mən Putini yaxşı tanıyırdım. O, bu yaxınlarda Harrisi dəstəklədi. Çox incidim. Görəsən, o, Harrisə niyə dəstək verdi? Rusiya liderinin bəyanatı çox güman ki, təbəssümlə edilib”, - Tramp bildirib.
Qeyd edək ki, Putin daha əvvəl istehza ilə demişdi ki, Moskva hazırki dövlət başçısı Co Baydenin prezidentlik yarışından çəkilməsindən sonra demokratlardan ən yüksək hökumət postuna namizəd olan Harrisi dəstəkləyir.
- Şamaxıda 39 yaşlı kişi dəm qazından öldü
- Bakıda bu şadlıq sarayı bağlandı - Video
- Ali məktəblərə qəbul imtahanının II mərhələsinə qeydiyyat...
- Azərbaycan Ermənistandan mal idxal etməyə başlaydı
- Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi
- Ordubadda qaya uçqunu oldu
- Şəmkirdə kişini elektrik cərəyanı vuraraq öldürdü
- Qatarlar arasında interval niyə 8 dəqiqəni keçib?