Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm.
BUTA.TV xəbər verir ki, bunu Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan paracüdoçusu İlham Zəkiyev deyib.
+90 kq çəki dərəcəsində yer alan idmançı 6-cı dəfə paralimpiadada mübarizə apardığını xatırladıb:
"Bir az hazırlığımdan razı deyildim. Zədələr ucbatından hazırlığım istədiyim səviyyədə keçməmişdi. Bununla belə bürünc medal qismət oldu. Paralimpiadada istənilən medal qələbə deməkdir. Çox sevinirəm, bu medalda çox insanın əziyyəti, zəhməti var – məşqçilər, məşq yoldaşları, ailə, komitə, federasiya. Hamısına təşəkkürümü bildirirəm. Çox şükür Allaha bu qələbəni bizə yaşatdı. Yaşasın, Azərbaycan! Nəhayət, biz sərhədləri tam bərpa olunmuş Azərbaycanın adından çıxış edirik. Üçrəngli bayrağımızı çalışacağıq həmişə zirvələrdə saxlayaq".
- Ali məktəblərə qəbul imtahanının II mərhələsinə qeydiyyat...
- Azərbaycan Ermənistandan mal idxal etməyə başlaydı
- Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi
- Ordubadda qaya uçqunu oldu
- Şəmkirdə kişini elektrik cərəyanı vuraraq öldürdü
- Qatarlar arasında interval niyə 8 dəqiqəni keçib?
- Bu endirim kampaniyasında qiymətlər danışacaq - Foto
- Zakir Fərəcov idarə rəisini vəzifəsindən azad etdi