Biz bütün oyunlara qələbə üçün çıxırıq. Azərbaycan futbolunun gələcəyini dəyişməliyik. Bunun üçün inkişaf etməliyik.
BUTA.TV AFFA-nın satına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Slovakiyaya qarşı səfərdə keçirəcəkləri matç barədə danışarkən deyib.
O, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında rəqibdən çəkinməyəcəklərini söyləyib:
"Doğrudur, Slovakiya yığması üzərində qələbəmiz olub. Lakin keçmişi deyil, gələcəyi düşünməliyik. Bizim üçün əsas məqam oyunçuların sabahkı görüşə konsentrasiya olmalarıdır. Rəqibə hörmətlə yanaşırıq, kifayət qədər güclü komandadır. Ancaq bundan çəkinmirik. Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq. Azərbaycan millisinə inandığım üçün bura gəlmişəm. Futbolçularımın keyfiyyətinə güvənirəm. Onların bu uzun yollda bütün çətinliklərin öhdəsindən gələcəklərinə inanıram. Bəhlul Mustafazadə zədəli olduğu üçün komandada yer almasa da, heyətimizdə yetərincə futbolçu var”.
Qeyd edək ki, sabah keçiriləcək Slovakiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
- Şamaxıda 39 yaşlı kişi dəm qazından öldü
- Bakıda bu şadlıq sarayı bağlandı - Video
- Ali məktəblərə qəbul imtahanının II mərhələsinə qeydiyyat...
- Azərbaycan Ermənistandan mal idxal etməyə başlaydı
- Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi
- Ordubadda qaya uçqunu oldu
- Şəmkirdə kişini elektrik cərəyanı vuraraq öldürdü
- Qatarlar arasında interval niyə 8 dəqiqəni keçib?