Müdafiədə yaxşı oynayan komandaya qarşı layiqli mübarizə apardıq.
BUTA.TV xəbər verir ki, bu sözləri İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson UEFA Millətlər Liqasının C Divizionunda Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
48 yaşlı danimarkalı mütəxəssis nəticədən razı qaldığını söyləyib:
“Bəzi epizodlarda topu itirdik, passiv oynadıq və rəqibə qol imkanları yaratdıq. Ümumiyyətlə, doğma meydandan kənarda oynamaq çox çətindir. Bura gələndə əsas məqsədimiz qələbə qazanmaq idi və buna nail olduq. Qapıçımızın çıxışından da çox razı qaldım. Penaltini geri çevirə bildi. Əla qurtarışlar etdi”.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.
- Bu satışdan əldə edilən gəlirdən vergi tutulacaq
- Şamaxıda 39 yaşlı kişi dəm qazından öldü
- Bakıda bu şadlıq sarayı bağlandı - Video
- Ali məktəblərə qəbul imtahanının II mərhələsinə qeydiyyat...
- Azərbaycan Ermənistandan mal idxal etməyə başlaydı
- Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi
- Ordubadda qaya uçqunu oldu
- Şəmkirdə kişini elektrik cərəyanı vuraraq öldürdü