Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna lideri Vladimir Zelenskinin ukraynalı agentlər tərəfindən aradan götürülməsi ehtimalı ilə bağlı xəbərdarlıq edib.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, Belarus lideri bu barədə Rusiya telekanallarından birinə müsahibəsində bildirib və müsahibədən bir parça mediada dərc olunub.
O, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun icraçı olacağını deyib.
"Siz (Vladimir Zelenski) sevinməyin, xalqınız üçün xain olacaqsınız. Və sonda eyni Kirill Budanov kimisə göndərəcək - xain kimi aradan götürüləcəksiniz. Hamısı budur", - Lukaşenko telekanala müsahibəsində vurğulayıb.
Lukaşenko Zelenskinin ABŞ və Böyük Britaniyanın dəstəyinə arxalanmaması fikrini də dilə gətirib və Ukrayna liderinin Qərbə köçmək təklifini qəbul edəcəyi təqdirdə xalqı üçün satqın olacağını deib.
Lukaşenko bir qədər əvvəl İstanbulda əldə olunmuş razılaşmalar əsasında Ukrayna üzrə danışıqların bərpasının zəruriliyindən danışıb və bunun münaqişənin sonrakı həlli üçün münasib əsas ola biləcəyini vurğulayıb.
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi
- Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi
- Banka borcunu ödəməyənlər üçün yeni qayda
- Hava kəskin əyişir: FHN xəbərdarlıq etdi
- Yaz-yay fəsillərində sel təhlükəsi: FHN tədbirlər keçirdi - Foto
- Şəmkirdə məktəbdə yanğın: şagirdlər təxliyə edildi