Almaniyanın Münhen şəhərindəki İsrail Baş Konsulluğu yaxınlığında atəş səsləri eşidilib.
BUTA.TV xəbər verir ki, bu barədə şəhər polis idarəsi bildirib.
"Hazırda Brinnerştasse və Karolinenplatz bölgələrində böyük əməliyyat aparılır. Hadisə yerinə çoxlu təcili yardım xidmətinin əməkdaşları cəlb olunub", - idarənin sosial media hesabındakı paylaşımında deyilib.
Qeyd edək, bu gün 1972-ci il Münhen Olimpiadası zamanı silahlı şəxslərin 11 israilli idmançını güllələyərək öldürdüyü terror aktının 52-ci ildönümüdür.
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var
- 19 yaşlı Abdullayevi güllələyən polis həbs olundu