KXDR zibillə dolu olduğu güman edilən şarları yenidən Koreya Respublikasına doğru göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə Cənubi Koreya mediası yazıb.
"Şimali Koreyadan buraxıldığı guman edilən hava şarları Şimali Gyeonggi əyaləti üzərindəki hava məkanında aşkar edilib",- deyə məlumatda qeyd olunub.
Bildirək ki,sonuncu dəfə oxşar hadisə avqustun 10-da baş verib. Cənubi koreyalı fəalların təbliğat vərəqələrinin atılmasına cavab olaraq may ayının sonundan etibarən KXDR ərazisindən də analoji şarlar buraxılıb. İyul ayında zibil dolu şarlardan biri Koreya Respublikası Prezidentinin administrasiyasının yerləşdiyi hökumət kompleksinin ərazisinə düşüb.
Vüsalə İsgəndərova
- Yer kürəsində maqnit fırtınası başladı
- Xətaidə ağacəkmə aksiyası - Foto
- Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı - Video
- Sabah 25 dərəcə isti olacaq
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi
- Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi