La-Manş boğazından Böyük Britaniya istiqamətində üzən qayığın Fransa sahillərində qəzaya uğraması nəticəsində 10-a yaxın miqrant həlak olub.
BUTA.TV fransız mediasına istinadla xəbər verir ki, içərisində təxminən 70 nəfərin olduğu qayıq bu gün səhər saatlarında batıb. Fransanın şimalındakı Pa-de-Kale departamentinin Le Portel kommunasının hakimiyyət orqanları genişmiqyaslı xilasetmə əməliyyatı aparır. Sudan sağ çıxarılanların bir çoxunun vəziyyətinin ağır olduğu bildirilir.
Xilasedici helikopterlərin enə bilməsi üçün sahildəki çimərlik bağlanıb. Hadisə yerində polis, xilasedicilər və təcili yardım xidməti fəaliyyət göstərir. Fransanın daxili işlər nazirli Cerald Darmaninin də hadisə yerinə gələcəyi gözlənilir.
Yaralılar Bulon-sur-Mer şəhərindəki xəstəxanalara çatdırılır.
- Kürdə suyun səviyyəsi artdı: nasos stansiyalarına fasilə...
- Səfərbərlik Xidməti onlara xəbərdarlıq etdi
- Yer kürəsində maqnit fırtınası başladı
- Xətaidə ağacəkmə aksiyası - Foto
- Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı - Video
- Sabah 25 dərəcə isti olacaq
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi
- Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü