VI çağırış Milli Məclisin deputatlarında vəzifəyə gedənlərlə yanaşı dünyasını dəyişənlər də oldu. Bunlar 10 saylı Binəqədi III seçki dairəsindən Madər Musayev, 105 saylı Tovuz seçki dairəsindən Qənirə Paşayeva və 116 saylı Qəbələ seçki dairəsindən isə Fəttah Heydərovdur.
BUTA.TV Unikal.az-a istinadən ötən çağırış vəfat edən Milli Məclis üzvlərinin yerinə seçilən deputatların siyahısını təqdim edir:
- 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Elşad Musayev 11 min 576 səslə (57 faiz) bütün rəqiblərini qabaqlayıb.
- Mərhum Qənirə Paşayevanın deputat olduğu 105 saylı dairə bu seçkilərdə 106 saylı Tovuz seçki dairəsidir. Buradan Nizami Səfərov 11 min 783 səslə (66,5 faiz) öndədir.
- 116 saylı Qəbələ seçki dairəsindən isə Elşən Musayev 10 min 432 səslə (52,5 faiz) birincidir.
Qeyd edək ki, Azərbaycanda bütün seçki məntəqələri protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edib, lider namizədlər müəyyənləşib.
- Keçmiş mətbuat katibi qəfil vəfat etdi - Foto
- Bədənində döymə olanlar hərbi xidmətə çağırılmır?
- Parkda qanunsuz quraşdırılmış konstruksiya sökülür - Foto
- Mehriban Əliyeva Antalyada panel iclasında iştirak etdi - Foto
- Kürdə suyun səviyyəsi artdı: nasos stansiyalarına fasilə...
- Səfərbərlik Xidməti onlara xəbərdarlıq etdi
- Yer kürəsində maqnit fırtınası başladı
- Xətaidə ağacəkmə aksiyası - Foto