Mütəxəssislər uyğun vaxt və temperaturda qaynadılmadan bağlanan turşuların ciddi xəstəliklərə səbəb ola biləcəyini bildirib.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, paslanmış qablarda turşuların qaynadılması qadağandır. Qaydalara əsasən, şüşə qablar 15-20 dəqiqə qaynadılaraq sterilizasiya olunmalı və qapaqları yenilənməlidir.
Əks halda turşuların tərkibində yaranan botulinum bakteriyası ağır qida zəhərlənməsinə səbəb ola bilər.
Botulizm toksini 80 dərəcədə 10-30 dəqiqə və ya 100 dərəcədə 10 dəqiqə qaynadılmaqla məhv edilsə də, uyğun olmayan şəraitdə saxlanılan qidalarda çoxalır.
- Keçmiş mətbuat katibi qəfil vəfat etdi - Foto
- Bədənində döymə olanlar hərbi xidmətə çağırılmır?
- Parkda qanunsuz quraşdırılmış konstruksiya sökülür - Foto
- Mehriban Əliyeva Antalyada panel iclasında iştirak etdi - Foto
- Kürdə suyun səviyyəsi artdı: nasos stansiyalarına fasilə...
- Səfərbərlik Xidməti onlara xəbərdarlıq etdi
- Yer kürəsində maqnit fırtınası başladı
- Xətaidə ağacəkmə aksiyası - Foto