Xəbər verdiyimiz kimi, Azərbaycanda bütün seçki məntəqələri protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edib, lider namizədlər müəyyənləşib.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, lider namizədlərdən biri 51 saylı Şirvan seçki dairəsindən 12 min 629 səslə (67,3 faiz) Heydər Əsədovdur. H.Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru idi. O, 2019-cu ildə bu vəzifəyə təyin olunmuşdu.
H.Əsədov 2007-2013-cü illərdə Hesablama Palatasının sədri, 2013-2018-ci illərdə isə kənd təsərrüfatı naziri olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə isə lider namizədlərdən biri Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzovdur. O, 7 saylı Xanlıqlar seçki dairəsindən 63,09 faiz səslə öndədir.
A.Novruzov 2020-ci ildən Naxçıvan Müəllimlər İnstitutunun rektorudur.
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var
- 19 yaşlı Abdullayevi güllələyən polis həbs olundu
- Keçmiş mətbuat katibi qəfil vəfat etdi - Foto
- Bədənində döymə olanlar hərbi xidmətə çağırılmır?
- Parkda qanunsuz quraşdırılmış konstruksiya sökülür - Foto