Sumqayıt şəhərində 101 yaşlı seçici səs verib.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, 44 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə qeydiyyatda olan ən yaşlı seçici, 1923-cü il təvəllüdlü Zəri Həsən qızı Xudiyeva səsvermə hüququndan istifadə edib.
Qeyd olunub ki, Zəri Xudiyevanın evinə həmin dairənin 16 saylı seçki məntəqəsindən daşınan seçki qutusu aparılıb və o, səs verib.
Sumqayıt şəhəri üzrə seçicilərin 3641 nəfərinin yaşlı nəslin nümayəndəsi olduğu bildirilib.
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var
- 19 yaşlı Abdullayevi güllələyən polis həbs olundu
- Keçmiş mətbuat katibi qəfil vəfat etdi - Foto
- Bədənində döymə olanlar hərbi xidmətə çağırılmır?
- Parkda qanunsuz quraşdırılmış konstruksiya sökülür - Foto