İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasından ibarət nümayəndə heyəti bu gün Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlament nümayəndələrinin Bakıda keçirilən iclasına qatılıb.
BUTA.TV-ın məlumatına görə, iclasda İran parlamentinin iki nümayəndəsi Əli Xəzərian və Yaqub Rzazadə iştirak edib.
“Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlament nümayəndələrinin Bakıda keçirilən iclasında İranın enerji, müdafiə və tranzit qovşağı kimi əlverişli coğrafiyası sahələrindəki imkanları sadalanmaqla, bu əməkdaşlıq mexanizminə yeni nəfəs vermək üçün parlamentlərin rolu vurğulanıb. Təşkilatın Azərbaycanda keçirilən parlament seçkilərinə nəzarət məqsədilə Bakının dəvəti ilə baş tutan görüşdə üzv ölkələrin nümayəndələri parlamentin universal inkişafı üçün imkanları müzakirə ediblər”,- Əli Xəzərian X səhifəsində yazıb.
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var
- 19 yaşlı Abdullayevi güllələyən polis həbs olundu
- Keçmiş mətbuat katibi qəfil vəfat etdi - Foto
- Bədənində döymə olanlar hərbi xidmətə çağırılmır?
- Parkda qanunsuz quraşdırılmış konstruksiya sökülür - Foto