Liberiya bayrağı altında üzən “MSC Marie” konteynerdaşıyan gəmisi Panama kanalını keçib.
BUTA.TV xəbər verir ki, 366 metr uzunluqda gəmidə 17640 konteyner olub. Bu, kanalın istismarda olduğu 110 il ərzində ən böyük göstəricidir. 2013-cü ildəki rekord 17312 konteyner olub.
“MSC Marie” gəmisinin 80 kilometrlik kanalı keçməsi üçün 1,3 milyon dollar ödənib.
1914-cü ilin avqustunda istismara verilmiş kanal sayəsində gəmilər 8 saata Atlantik okeandan Sakit okeana keçə bilir, Horn burnundan dolanmaq zərurəti aradan qalxır.
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var
- 19 yaşlı Abdullayevi güllələyən polis həbs olundu
- Keçmiş mətbuat katibi qəfil vəfat etdi - Foto
- Bədənində döymə olanlar hərbi xidmətə çağırılmır?
- Parkda qanunsuz quraşdırılmış konstruksiya sökülür - Foto