Azərbaycan UEFA əmsallar cədvəlində xal ehtiyatını artırıb.
BUTA.TV xəbər verir ki, bu, "Zirə"nin ötən gün Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında Kiprin "Omoniya" kollektivini məğlub etməsi (1:0) sayəsində mümkün olub.
Səfərdə rəqibinə altı cavabsız qolla uduzan "qartallar" doğma meydandakı qələbə sayəsində ölkə reytinqinə 0.250 əmsal qazandırıb (bu mərhələdə qələbəyə görə bir, heç-heçəyə görə isə yarım xal verilir, yekun nəticə klubların sayına (4) bölünür). Çempionlar Liqasında "Dinamo"ya uduzan (0:2) "Qarabağ" bu həftə əmsallar cədvəlinə töhfə verə bilməyib.
Hazırda 26-cı sırada yer alan Azərbaycanın əmsalı 19.125-ə çatıb. Cari mövsümdə ölkəmizin qazancı 2.375 xala bərabərdir. Ölkə reytinqi üçün "Zirə" 1.250 xal, "Qarabağ" 0.750 xal, "Sabah" 0.250 xal və "Sumqayıt" 0.125 xal töhfə verib.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (89.303) başçılıq edir.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var