"Qarabağ"ı yaxşı təhlil etdiyimizə görə, uğurlu nəticə qazandıq.
BUTA.TV xəbər verir ki, bunu "Dinamo"nun (Zaqreb, Xorvatiya) baş məşqçisi Sergey Yakiroviç "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
"Komandamı təbrik edirəm. "Qarabağ"ı yaxşı təhlil etdiyimizə görə, uğurlu nəticə qazandıq. Müdafiədə etibarlı çıxış etdik. Keyfiyyətli oyun göstərdiyimizi deyə bilərəm. Təbii ki, çatışmayan cəhətlər də var idi. Bununla belə, ümumilikdə yaxşı oyun sərgilədik. Futbolçularıma təşəkkür edirəm. Düzgün şəkildə oyun apardıq və layiq olduğumuz qələbəni əldə etdik", - S.Yakiroviç bildirib.
Qeyd edək ki, Zaqrebdəki "Maksimir" stadionunda baş tutan ilk matçda "Dinamo" 3:0 hesablı qələbə qazanmışdı.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var