Sosial şəbəkələrdə "Kontakt Home" mağazalar şəbəkəsinin bağlanması iddiaları yayılıb. Son günlərdə şirkətin Bakıdakı bir neçə filialının bağlanması müştərilərdə də narahatlıq yaradıb və onlar kreditlərinin taleyinin necə olacağını düşünürlər.
BUTA.TV Metbuat.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı mağazalar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Vəfa Rüstəmova yayılan iddiaların əsassız olduğunu bildirib.
"İlin əvvəlindən Azərbaycan üzrə 6 yeni mağazamız fəaliyyətə başlayıb, il sonunadək isə daha bir neçə mağazanın açılışı gündəmdədir. Bizim üçün müştərilərin alış-veriş rahatlığı ən əsas prinsiplərdəndir. Ona görə də ünvan olaraq onlara ən uyğun yerlərdə fəaliyyətimizi davam etdirməyə çalışırıq. Hazırda fəaliyyətini dayandıran mağazaları daha böyük və müştərilərimizin gediş-gəlişi üçün daha rahat yeni mağazalarımız əvəz edir. Ona görə, bu tip şayiələrin heç bir əsası yoxdur. Əksinə, Azərbaycanın bütün regionlarında satış nöqtələrimizin açılması hədəfdədir", - o qeyd edib.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var