Avropa Ukraynanın Rusiyadan qaz tranziti ilə bağlı müqaviləni ləğv etməsinə hazır deyil. Rusiya yanacağının tədarükü sərt qış olacağı təqdirdə zəmanət idi.
BUTA.TV xəbər verir ki, bunu “Nomisma Energia” enerji sahəsində analitik və tədqiqat mərkəzinin rəhbəri Davide Tabarelli deyib.
“Avropa qiymətlərin 10 dəfə qaldırılması ilə başlayan 2022-ci il böhranına hazır olmadığı kimi, buna da hazır deyil. Münaqişələrə baxmayaraq, son iki qışda Rusiyadan qaz tədarükü vacib olaraq qalır. Vəziyyət iki il əvvəlkindən daha yaxşıdır, amma indi kömək etmir və bu, yaxşı xəbər deyil”, - Tabarelli bildirib.
Qeyd edək ki, dünən Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi üçün Rusiya ilə razılaşmanın olmayacağını demişdi.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var