Türkiyənin Kuşadası şəhərindəki otellərdən birində Azərbaycan vətəndaşı Mahir Məmmədovun meyiti tapılıb.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, 3 gün əvvəl ailəsi ilə Kuşadasına gələn 50 yaşlı Mahirin meyitini həyat yoldaşı Kəmalə Məmmədova beşulduzlu otellərdən birində aşkar edib.
Məlumata görə, səhər yeməyindən sonra Mahir otağına qalxıb, həyat yoldaşı və oğlu isə şəhəri gəzməyə gediblər. Onlar otelə qayıdarkən Mahir Məmmədovun cansız bədəni ilə qarşılaşıblar.
Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri Məmmədovun öldüyünü təsdiqləyiblər. Ölümün səbəbi İzmirdə tibbi ekspertizadan sonra məlum olacaq.
Qeyd edək ki, Mahir Məmmədov Azərbaycanda mühafizə xidmətinin əməkdaşı olub.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var