Azərbaycan-Türkiyə münasibətləri bölgəyə sülh, sabitlik, əmin-amanlıq gətirəcək.
BUTA.TV xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarı Hakan Fidanla keçirilən birgə mətbuat konfransı zamanı bildirib.
Nazir deyib ki, digər sahələrdə olduğu kimi, siyasət və diplomatiya sahəsində də Azərbaycanla Türkiyənin mövqeyi birdir:
“Bu, qarşılıqlı dəstək, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləridir. Bu, beynəlxalq münasibətlərdə də belə davam edəcək. Hesab edirik ki, bu əlaqələr bölgəyə sülh, sabitlik, əmin-amanlıq gətirəcək”.
Ceyhun Bayramov sonda türkiyəli həmkarını Azərbaycana səfərə dəvət edib.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var