Bayden administrasiyası “Meta” korporasiyasından sosial şəbəkələrdə koronavirusla bağlı nəşrlərə senzura tətbiq etmək istəyib.
BUTA.TV xəbər verir ki, bunu “Meta” şirkətinin sahibi Mark Zükerberq ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin sədri Cim Cordana ünvanladığı məktubda qeyd edib.
“Bayden administrasiyasının yüksək vəzifəli məmurları, o cümlədən Ağ Evdən, 2021-ci ildə komandamıza yumoristik və satirik olmaqla COVID-19 məzmunlu materiallara senzura etmək üçün dəfələrlə təzyiq göstərdilər. Biz bununla razılaşmayanda komandamızdan narazılıqlarını bildirdilər. Mən qəti şəkildə inanıram ki, biz bu və ya digər istiqamətdə administrasiya təzyiqinə görə məzmun standartlarımızı güzəştə getməməliyik. Və əgər bu təkrarlanarsa, biz cavab verməyə hazırıq”, - Zükerberq bildirib.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var