Azərbaycan Mərkəzi Bankı (AMB) "Delta Capital" MMC valyuta mübadilə məntəqəsinin bir vəzifəli şəxsinə 2 886 manat məbləğində cərimə tətbiq edib.
BUTA.TV xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
"Delta Capital"ın vəzifəli şəxsi “Valyuta tənzimi haqqında” Qanunun 16-1.1-ci maddəsinin, habelə “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4, 4.5, 4.7, 4.14, 6.1, 6.5-ci bəndlərinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 430.3 və 439-1-ci maddələrinə müvafiq olaraq cərimələnib", - AMB bildirir.
Mərkəzi Bankın digər qərarı ilə, "Zuhur” MMC-nin bir vəzifəli şəxsinə isə 32 767 manat məbləğində cərimə tətbiq edilib.
"Zuhur” MMC-nin vəzifəli şəxsi isə AMB-nin apardığı cari nəzarət prosesləri çərçivəsində “Valyuta tənzimi haqqında” Qanunun 16-1.1-ci maddəsinin, habelə “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4, 3.6, 4.7, 4.14, 6.1, 6.5-ci bəndlərinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 430.3 və 439-1-ci maddələrinə müvafiq olaraq cərimələnib.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var