Amerikalı milyarder İlon Mask Parisdə saxlanılan Teleqramın təsisçisi Pavel Durova görə Fransa Prezidenti Emmanuel Makrona müraciət edib.
BUTA.TV xəbər verir ki, Mask Makronun Durovun həbsi ilə bağlı X sosial şəbəkəsindəki paylaşımına cavab yazıb.
“Qlobal ictimaiyyətə onun niyə həbs edildiyi barədə daha ətraflı məlumat vermək faydalı olardı”, - Mask bildirib.
Qeyd edək ki, Teleqramın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər.
Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var