Qırğızıstanlı futbolçu Mirbek Əhmədəliyev 5 il müddətinə futboldan kənarlaşdırılıb.
BUTA.TV Qol.az-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Futbol İttifaqı məlumat yayıb.
Bişkekdəki “Selmaş” stadionunda “Muras Yunayted” komandasının məşqi zamanı Əhmədəliyev və onun komanda yoldaşı, ukraynalı Yevgeni Terzi arasında münaqişə olub. Mirkeb komanda yoldaşının çənəsini sındırıb.
Avqustun 22-də KFU İntizam Komitəsinin iclası keçirilib və orada Əhmədəliyevin 5 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdə iştirakının qadağan edilməsi barədə qərar verilib.
“Muras Yunayted” rəhbərliyi də hadisə ilə bağlı klubun məşqçilər korpusunun və idman direktorunun işdən çıxarıldığını bildirib.
Qeyd edək ki, 30 yaşlı Əhmədəliyev 2016-cı ildən Qırğızıstan millisində çıxış edib və komandanın heyətində 4 oyun keçirib.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var