Bəlkə də ilk oyunda qeydə alınan nəticə real deyil.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Martin Baturina "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçından əvvəl deyib.
Bakıya səfər zamanı jurnalistlərə açıqlama verən 21 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisinin çox yaxşı komanda olduğunu bildirib:
"İlk qarşılaşmada yaratdığımız vəziyyətlərdən istifadə etdik. Buna görə şadam. Mən də qol vura bilərdim. Biz yalnız qalib gəlmək haqqında düşünürük".
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var