Ermənistanın Baş nazir Nikol Paşinyana alma atan 71 yaşlı Albert Arstamyan sərbəst buraxılıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan”a Respublika İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan təsdiqləyib.
Baş nazir İrəvanın Kanaker-Zeytun inzibati rayonuna gələn zaman yerli sakin, A.Arstamyan 9-cu mərtəbədəki mənzilinin pəncərəsindən ona tərəf alma atıb. N.Paşinyan və komandası isə bunun qumbara olduğunu zənn edərək yerə uzanıb. Bundan sonra həmin şəxs saxlanılıb.
Arstamyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 297-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. O, azadlığa buraxılsa da, barəsində açılan iş davam edir.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var