Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal, Nərimanov və Suraxanı rayonları ərazilərində ümumilikdə 4 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmaları, Nəsimi rayonu ərazisində 1 nəfərin intihara cəhd etməsi, həmçinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1 nəfərin ağır çəki səbəbilə mənzili tərk edə bilməməsi barədə məlumatlar daxil olub.
Fövqəladə Hallar Nazirliyindən BUTA.TV-a verilən xəbərə görə, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 4-ü azyaşlı olmaqla 6 nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var