ABŞ Moskva ilə ticarət edən ölkələrə xəbərdarlıq edir ki, Rusiya banklarına silah istehsalı üçün təchizatları maliyyələşdirmək məqsədilə yerli filiallar açmağa icazə verən olsa, ikinci dərəcəli sanksiyalarla üzləşəcək.
BUTA.TV xəbər verir ki, bunu ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo deyib.
Adeyemo bildirib ki, ölkələr istənilən Rusiya filialının və ya törəmə şirkətinin yaradılmasını dayandırmalıdır, çünki bu, sanksiyalardan yayınmaq üçün istifadə olunacaq:
"ABŞ-ın "VTB Bank Shanghai" kimi şirkətlərə qarşı son sanksiyalarından sonra Moskva mallar üçün ödəniş kanalları axtarır. ABŞ, Çin, Türkiyə və BƏƏ kimi ölkələrdə daha böyük kreditorları rusiyalı həmkarlarından əl çəkməyə sövq edən əvvəlki təzyiq raundundan sonra diqqətini yeni ölkələrdəki kiçik banklara yönəldir".
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var