ABŞ Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsini azaltmağı planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə FES-in sədri Cerom Pauel Vayomin ştatındakı Cekson Houl şəhərində keçirilən Mərkəzi Bank rəhbərlərinin illik iqtisadi simpoziumunda çıxışı zamanı deyib.
O, sentyabr ayında yüksək faiz dərəcələrinin azaldılacağını açıqlayıb.
“Siyasətin korreksiyasının vaxtı çatıb və istiqamət aydındır. Dərəcələrin azaldılmasının vaxtı və sürəti daxil olan məlumatlardan, inkişaf edən proqnozlardan və risklərin balansından asılı olacaq”, - FES sədri qeyd edib.
O, əsas faiz dərəcəsinin nə qədər aşağı salınacağını bildirməyib.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var