Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek istefası ilə bağlı yayılan xəbərləri qəti şəkildə təkzib edib.
BUTA.TV xəbər verir ki, bu barədə nazir X hesabında yazıb.
“Görünür, istefa ilə bağlı rəsmi açıqlamalar yetərli olmayıb. Mən də yazım. Mən istefa verməmişəm. Sözügedən ssenarilər həqiqətə uyğun deyil. Ölkə iqtisadiyyatının idarə olunması komanda ruhunda davam etdirilir. Bir müddətdir ki, qəsdən gündəmi yalan xəbərlərlə doldurmağa cəhdlər edilir. Biz yalan hekayələrin iqtisadiyyatımıza və bazarlarımıza təsir etməsinə icazə verə bilmərik", - nazir bildirib.
Qeyd edək ki, avqustun 21-də “Yenica” qəzeti hökumətin iqtisadi blokuna rəhbərlik edən Mehmet Şimşekin istefa ərizəsini iki həftə əvvəl təqdim etdiyi xəbərini yayıb.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var