Qadın futbolçulardan ibarət “Neftçi” komandasının UEFA Çempionlar Liqasının birinci mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.
BUTA.TV AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq görüş Xorvatiya və İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.
Matçın baş hakimi Yelena Kumer olacaq. Ona həmyerlisi Sanya Rodyak-Karşiç və italiyalı Françeska Di Monte kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mariya Marotta (İtaliya) yerinə yetirəcək.
Qarşılaşma sentyabrın 4-də Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var