Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində, “Lökbatan” dairəsində sərnişin avtobusunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə BUTA.TV-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub:
"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 164 saylı marşrut xətti ilə hərəkət edən “Daevoo” markalı sərnişin avtobusunda baş verdiyi müəyyən edilib.
Hadisə nəticəsində avtobusun salon hissəsi qismən və arxa sol təkərləri yanıb. Avtobusun böyük hissəsi yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb".
- Kür çayında son vəziyyət açıqlandı
- Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı
- DİN rəhbərindən yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb
- “Yeni Klinika”nın direktoru işdən çıxarıldı
- Əvvəlki iş yerindən 25 minlik oğurluq etdi, saxlanıldı
- Bakı metrosunda generatorlar niyə işə düşməyib?
- Göygöldə faciə: Evinin həyətində yıxıldı, öldü
- Metrodakı hadisəyə görə 2 nəfər... - TƏBİB