Qəzzada yeni atəşkəs təklifi müstəsna olaraq İsrailin şərtlərinə cavab verir və HƏMAS-ın 2 iyul 2024-cü ildə razılaşdığına uyğun gəlmir.
BUTA.TV xəbər verir ki, bu bəyanatla hərəkatın nümayəndələri çıxış ediblər.
"Vasitəçilər bizə Dohada danışıqların son raundu zamanı nələrin müzakirə olunduğunu söylədikdən sonra məlum oldu ki, orada müzakirə edilən yeni təklif eksklüziv olaraq Netanyahunun şərtlərinə cavab verir, yəni Qəzzada daimi atəşkəsdən imtinanı və İsrail qoşunlarının anklavda qalması nəzərdə tutulur",- qeyd olunur.
Bildirilib ki, Netanyahu həmçinin girovların mübadiləsi müqaviləsi layihəsinə yeni şərtlər təqdim edib və digər məqamlara əməl etməkdən imtina edib:
"Bütün bunlar sövdələşmənin bağlanmasına mane olur. HƏMAS iyulun 2-də Baydenin irəli sürdüyü təşəbbüslərə və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanan razılaşmalara sadiq qalır".
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı
- AAYDA-da maliyyə nöqsanları aşkarlandı
- Bu marşrut üzrə bütün avtobuslar yenilənir
- "Son zəng" tədbiri bu tarixdə keçiriləcək
- Kür çayında son vəziyyət açıqlandı
- Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı
- DİN rəhbərindən yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb
- “Yeni Klinika”nın direktoru işdən çıxarıldı