Türkiyə Superliqasının ikinci turu çərçivəsində keçirilən “Göztəpə” – “Fənərbaxça” matçında xoşagəlməz hadisə baş verib.
BUTA.TV xəbər verir ki, oyunun ikinci hissəsində “Fənərbaxça”nın bir qrup azarkeşi tribunaya buraxılmayıb.
Klub prezidenti Əli Koç da azarkeşlərinə dəstək üçün həmin tribunaya yaxınlaşıb. Bu zaman “Göztəpə” azarkeşləri ona su butulkaları atıblar. Klub rəhbəri mühafizəçilərin nəzarəti ilə hadisə yerindən uzaqlaşmaq istəyərkən rəqib komandanın azarkeşlərindən biri onu itələyib və Əli Koç yerə yıxılıb. Baş verənlərə görə oyunda bir müddət fasilə yaranıb.
- "Son zəng" tədbiri bu tarixdə keçiriləcək
- Kür çayında son vəziyyət açıqlandı
- Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı
- DİN rəhbərindən yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb
- “Yeni Klinika”nın direktoru işdən çıxarıldı
- Əvvəlki iş yerindən 25 minlik oğurluq etdi, saxlanıldı
- Bakı metrosunda generatorlar niyə işə düşməyib?
- Göygöldə faciə: Evinin həyətində yıxıldı, öldü