Bakıda əl qumbarası zərərsizləşdirilib.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyi və Penitensiar Xidmətin mətbuat xidmətlərindən birgə məlumat daxil olub.
Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Rizayev Nurlan Əlirza oğluna məxsus 1 ədəd “M-75” markalı əl qumbarası, 1 ədəd partladıcı, 18 ədəd 7,62 mm avtomat gülləsi, 1 ədəd avtomat darağı Nərimanov rayonu, Ziya Bünyadov prospektində körpünün altında aşkar edilərək götürülüb.
Əl qumbarası Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı
- AAYDA-da maliyyə nöqsanları aşkarlandı
- Bu marşrut üzrə bütün avtobuslar yenilənir
- "Son zəng" tədbiri bu tarixdə keçiriləcək
- Kür çayında son vəziyyət açıqlandı
- Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı