Ukraynada genişmiqyaslı müharibə davam edir və ruslar əmindirlər ki, Kursk vilayətinin əhəmiyyətli hissəsini saxlaya bilməyəcəklər.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Qlobal Araşdırmalar Mərkəzinin təhlükəsizlik proqramları üzrə direktoru Pavel Lakiyçuk deyib.
"Səngərlərə, rusların indi qurduqları müdafiə xətlərinə baxsanız, görərsiniz ki, onlar bizim birinci, qabaqcıl bölmələrimizdən kifayət qədər məsafədədirlər. Yəni düşmən əmindir ki, biz hücumu davam etdirəcəyik və o, Kursk vilayətinin əhəmiyyətli hissəsini saxlaya bilməyəcək", - Lakiyçuk qeyd edib.
O, Ukrayna Silahlı Qüvvələrinin hücum sürətini də şərh edib:
"Bizim irəliləyişimizin sürəti azalır. Bu təbiidir. Çünki cəbhə sərhədimizdən uzaqlaşır, maddi-texniki təchizat çətinləşir, ikinci eşelonlar gətirilir, cinahlar gücləndirilir. Və hər şey eyni vaxtda edilməlidir".
- Maaş artımı ilə bağlı nazirdən açıqlama...
- Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlandı
- Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı
- AAYDA-da maliyyə nöqsanları aşkarlandı
- Bu marşrut üzrə bütün avtobuslar yenilənir
- "Son zəng" tədbiri bu tarixdə keçiriləcək
- Kür çayında son vəziyyət açıqlandı
- Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı